Biləsuvarda “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı məlumatlandırma tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barədə məlumatlılığı artırmaq və nəzərdə tutulmuş hədəf kateqoriyalarını layihəyə cəlb etmək məqsədilə Biləsuvar rayonunda ictimai dinləmə keçirilib.

Öz biznesini qurmaq istəyən işaxtaran və işsiz şəxslərin iştirakı ilə baş tutan görüşdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, eləcə də proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları barədə ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda iştirakçılara layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları paylanıb.

Qeyd edək ki, “Məşğulluğa Dəstək Layihəsi” həssas qruplara aid 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərinin yaradılmasına dəstək məqsədi daşıyır. Bu günədək layihə çərçivəsində 7 000-dək şəxsə aktivlər verilərək kiçik biznesləri qurulub.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı