“Binance” çirkli pulların yuyulmasına görə ABŞ-yə $4.3 milyard ödəyəcək

ABŞ-nin Sietl (Vaşinqton ştatı) məhkəməsi “Binance” kriptovalyuta birjasının iqtisadi cinayətlərə görə ölkə hakimiyyətinə 4,3 milyard dollar ödəyəcəyi müqaviləni təsdiqləyib.

BBN.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

2023-cü ilin noyabrında ABŞ səlahiyyətliləri “Binance” kriptovalyuta birjasına “Bank sirri haqqında” Qanunu pozduğuna, çirkli pulların yuyulmasına, lazımi qeydiyyatın olmamasına və sanksiyalardan yayındığına görə 4,3 milyard dollar ödəmək barədə qərar qəbul edib. Şirkət təqsirini etiraf edib və göstərilən məbləği ödəməyə razılaşıb. “Bu, şirkətin etikasının tamahkarlıqla pozulduğu bir işdir”, – agentlik sövdələşməni təsdiqləmək üçün keçirilən iclasda hakim Richard Jonsun sözlərini sitat gətirib.

Müqavilənin şərtlərinə görə kriptovalyuta birjasına da beş il ərzində müstəqil firma nəzarət edəcək.

ABŞ-nin Ədliyyə Nazirliyi “Binance”nin təsisçisi və baş direktoru Çanpen Çjaonun çirkli pulların yuyulmasına qarşı effektiv proqramını həyata keçirməməkdə təqsirini etiraf etdiyini bildirib. Çanpen Çjao “Binance”nin baş direktoru vəzifəsini tərk edib və onun yerinə regional bazarların keçmiş rəhbəri Riçard Tenq təyin olunub.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı