“Binance” Niderland bazarından çıxır

Binance markalı Binance Holdings Ltd., kriptovalyutaların gündəlik ticarət həcmi baxımından ən böyük kriptovalyuta birjasını idarə edən qlobal şirkət Niderland bazarından çıxır.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, şirkətdən edilən açıqlamaya əsasən onlar daha niderlandlı müştərilərinə xidmət göstərə bilməyəcəklər. Səbəb isə Niderland tənzimləyicisində virtual aktiv xidmət təchizatçısı kimi qeydiyyatdan keçə bilməmələridir.

Şikətdən edilən açıqlamada əlavə edilib ki, cümə günündən başlayaraq bu ölkədə heç bir şəxs “Binance” müştərisi kimi qəbul edilməyəcək. Mövcud müştərilərinə isə iyulun 17-ə qədər token alışı, ticarəti və depozit əldə etməyə icazə veriləcək.

Related posts

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı