Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bir qrup şəhid xanımı üçün yeni sosial layihəyə başlanıb - BBN

Bir qrup şəhid xanımı üçün yeni sosial layihəyə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzinin dəstəyi ilə 30 nəfər şəhid xanımı üçün “Qrup və art terapiya seanslarının təşkili” layihəsinə başlanıb.

Layihə şəhid qəhrəmanlarımızın xanımlarına psixoloji dəstək, onların üzləşdikləri sarsıntıların aradan qaldırılmasına, özünəinam hissinin artırılmasına, yeni bacarıqlar qazanmalarına yardım göstərmək məqsədi daşıyır.

Layihə çərçivəsində onların 3 qrup üzrə, ümumilikdə 24 seans terapiyalarda iştirakı, habelə iştirakçılara pozitiv nümünə üçün uğurlu iş qadınının da qonaq qismində onlarla görüşünün təşkili nəzərdə tutulub.

 Qrup terapiyası seansları zamanı şəhid xanımları, eyni zamanda, səmimi bir ortam şəraitində fikir və düşüncələrini, qayğılarını, təcrübələrini bir-biriləri ilə bölüşürlər. 

Eyni zamanda art terapiya onların asudə vaxtlarını səmərəli keçirmələrinə, özlərini rahat şəkildə ifadə etmələrinə, yaradıcı sahədə bacarıqlarını ortaya çıxarmalarına şərait yaradır.

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı