Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BirBank-ın “Ürəklər”inə qoşulmaq daha rahat oldu - BBN

BirBank-ın “Ürəklər”inə qoşulmaq daha rahat oldu

BirBank-ın “Ürəklər” loyallıq proqramına qoşulmaq indi daha asan və rahat oldu. Proqrama qoşulmaq istəyənlər partnyorlar hesab açmadan, POS terminal quraşdırmadan BirBank mobil tətbiqinin hədiyyələr bölməsində öz təkliflərini verə bilərlər. Bunun üçün banka yaxınlaşmadan www.kapitalbank.az/birbank/hearts linkinə keçid edərək, əməkdaşlıqla bağlı sorğunu göndərmək lazımdır.

Bununla da partnyorlar təklif edəcəyi xidmət və ya məhsulla geniş auditoriyanın diqqətini cəlb edərək, xidmətlərin və məhsulların tanınmasına, brendin möhkəmlənməsinə, müştəri vizitlərinin sayını artmasına nail olacaqlar.

Məlumat verdiyimiz kimi, BirBank tətbiqinin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək, “ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

Qeyd edək ki, BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşularaq hədiyyələr qazanmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

Related posts

Azərbaycan Mərkəzi Bankı 2026-cı il üzrə sistem əhəmiyyətli bankların siyahısını açıqlayıb

Azərbaycanda yanvarda dövlət xətti ilə 17 milyon manatdan çox ipoteka krediti verilib

Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı