Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BirKart-la taksit əməliyyatları edin, 100 AZN qazanın! - BBN

BirKart-la taksit əməliyyatları edin, 100 AZN qazanın!

Hər zaman olduğu kimi, bu ildə də BirKart sahibləri üçün Yeni il ərəfəsində qazandıran kampaniya keçirilir. “Yeni ilin yüzdə yüz taksit kampaniyası” şüarı ilə keçirilən kampaniyada bütün BirKart taksit kartı sahibləri iştirak edib, əlavə pul qazana bilərlər.

Şərtlərə görə, BirKart-la partnyor mağazalar şəbəkəsində minimum 50 manatlıq taksit əməliyyatı edən hər yüzüncü müştəri 100 manat qazanacaq. Kampaniya 6 yanvar 2021-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.

Related posts

Kapital Bank-ın baş ofisindən 51 kq işlənmiş batareya toplandı

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək oldu

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı