Birləşmiş Krallığın “fintech” sektoru rekord göstəriciyə nail olub

Birləşmiş Krallıqda 2021-ci ildə “fintech” sektoruna qoyulan investisiya 2020-ci ilə nisbətdə 217%-lik rekord artım göstərib. Maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən maliyyə qurumu “Innovate Finance” tərəfindən aparılan araşdırmalar əsasında tərtib edilən hesabata istinadən, 2021-ci il ərzində ümumilikdə “fintech” sektoruna 11.6 milyard dollar həcmində sərmayə yatırılıb.

Sözügedən məbləğ 713 fərqli tranzaksiya arasında bölünüb. İlkin mərhələdə “fintech” startaplarına qoyulan investisiya həcmi 1 milyon dollardan aşağı olsa da, növbəti etaplarda proqressiv artımla müvafiq olaraq 1.6 milyard, 2.7 milyard və 7 milyard dollar həcminə çatıb. Araşdırmada nəzərə çarpan digər bir məqam isə, Böyük Britaniyada hər 10 istehlakçıdan 8-inin “fintech” məhsullarından istifadə etməsidir.

Beynəlxalq renkinqə nəzər saldıqda, Böyük Britaniyanın “fintech” investisiyaları baxımından Avropa qitəsində liderliyi ələ aldığını müşahidə etsək də, dünya ölkələri arasında ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.

Related posts

COP29 çərçivəsində ilk bərpa olunan enerji hərracının qalibi elan edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman İnvestisiya Təşkilatının baş investisiya direktoru ilə görüşüb

AZPROMO ilə “GP Cotton Holdings” rəhbər heyətləri arasında görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı