Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AZPROMO ilə “GP Cotton Holdings” rəhbər heyətləri arasında görüş keçirilib - BBN

AZPROMO ilə “GP Cotton Holdings” rəhbər heyətləri arasında görüş keçirilib

Görüşdə şirkətin ixracının artırılması və şaxələndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

COP29 çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə “GP Cotton Holdings” MMC və şirkətin strukturuna daxil olan “Prime Cotton” və “Giltex” müəssisələrinin rəhbər heyəti arasında görüş keçirilib.

Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, ixracın təşviqi mexanizmləri, o cümlədən təsdiqlənməsi gözlənilən logistikanın subsidiyalaşması mexanizmi haqqında məlumat verib. “GP Cotton Holdings” təmsilçiləri şirkətin istehsal etdiyi pambıq və tekstil məhsulları barədə, həmçinin əsas ixrac bazarları və bu istiqamətdə qoyulan məqsədlər haqqında danışıblar. Bildirilib ki, şirkət Avropa bazarına, xüsusilə Almaniya bazarına daxil olmaq məqsədilə Almaniya hökumətinin tekstil məhsulları üçün dayanıqlılıq nişanı olan “Green button” sertifikatını almaq niyyətindədir.

Görüş zamanı şirkətin ixracının artırılması və coğrafiyasının genişləndirilməsi, bu sahədə preferensial ticarət sazişlərinin imzalanması perspektivləri və tekstil sektoruna xarici investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunub. Bu xüsusda AZPROMO-nun şirkətə dəstək göstərməyə hazır olduğu vurğulanıb və sözügedən istiqamətdə məlumat mübadiləsinin aparılması və praktiki addımların atılmasına dair razılıq əldə olunub.

Related posts

Azərbaycan iqtisadiyyatı 1 %-ə yaxın böyüyüb

Bakıda Türk Dövlətləri Təşkilatının Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu keçirilir

Azərbaycanda istehlakçılara 6 ayda 104,3 milyon manat ƏDV geri ödənilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı