Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Birlikdəyik” layihəsi çərçivəsində tibb işçilərinə dəstək göstərilib - BBN

“Birlikdəyik” layihəsi çərçivəsində tibb işçilərinə dəstək göstərilib

“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə həyata keçirdikləri “Birlikdəyik” layihəsi çərçivəsində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) tibbi ləvazimatlar təhvil verilib.

Sosial təşəbbüs çərçivəsində ölkəmizdə COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizə istiqamətində karantin rejimində fəaliyyət göstərən min nəfər tibb personalının istifadəsi üçün nəzərdə tutulan ləvazimatlara min ədəd qoruyucu eynək, min ədəd qoruyucu kombinezon, 3 min şəffaf maska, 21 min əlcək, 7 min baxil və 20 min respirator maska daxildir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “ASAN Könüllüləri” Təşkilatı, “TƏBİB” və “Coca-Cola” şirkətinin nümayəndələrinin iştirakı ilə müvafiq tibbi ləvazimatların təhvili məqsədi ilə “Yeni klinika” tibb müəssisəsində görüş təşkil olunub.

Hazırda 4 istiqamət üzrə həyata keçirilən “Birlikdəyik” layihəsi çərçivəsində əhaliyə qida yardımlarının çatdırılması, antiseptik vasitələrin paylanılması, karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatların təqdim olunması, eyni zamanda sosial şəbəkələr vasitəsilə maarifləndirilmə işinin aparılması nəzərdə tutulur.

Artıq bir aydır ki, layihə üzrə ilkin olaraq 20 min şəxsi əhatə edən aztəminatlı ailələrə yardım qutularının paylanılmasına başlanılıb.

İkinci mərhələ olan antiseptik vasitələrlə vətəndaşların təmin olunması işi hazırda həyata keçirilir.

3-cü istiqamət olaraq sosial şəbəkələrdə əhalinin maarifləndirilməsi üzrə məlumatlar təqdim olunur.

Sonuncu olaraq isə karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatlar təqdim olunur.

Layihə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün “Coca-Cola” ilə əməkdaşlığın davamıdır. Cari ilin aprel ayının əvvəlində ASAN Könüllüləri “Coca-Cola” Azərbaycanın dəstəyi ilə ölkəmizdə karantin rejimində çalışan xəstəxanalar üçün 120,000 su məhsulunun çatdırılmasını təşkil ediblər.

#BizBirlikdəGüclüyük #Birlikdəyik #HəkimlərimizləBirlikdəyik #ASAN #ASANvolunteers #CocaCola #CocaColaFoundation #TƏBİB

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı