Rəqəmsal qızıl yenidən yüksəlişdə: Geosiyasi gərginliyin azalması kripto bazarına nəfəs verdi!
Dünyanın ən böyük kriptovalyutası olan Bitcoin (BTC), Yaxın Şərqdəki gərginliyin zəifləməsi və ABŞ-İran sülh ümidlərinin artması fonunda yenidən yüksəlişə keçib. Uzun müddətdir gözlənilən 75,000$ səviyyəsi nəhayət qırıldı.
Bitcoin-in qiyməti son 24 saat ərzində ciddi artım göstərərək 75,250$ səviyyəsinə qədər yüksəlib. Həftənin əvvəlində 76,000 dolları test etdikdən sonra müəyyən mənfəət satışı ilə üzləşən BTC, sülh xəbərləri ilə yenidən stabil olaraq 75 min dolların üzərində möhkəmlənməyə çalışır. İnvestorlar arasında “riskli aktivlərə” maraq geri qayıdır. ABŞ və İran arasındakı atəşkəs diplomatiyası investorlarda qorxunu (FUD) azaldıb və rəqəmsal aktivlərə axını sürətləndirib. Analitiklər qeyd edir ki, geosiyasi risklərin azalması fond birjaları ilə yanaşı kripto bazarına da birbaşa müsbət təsir edir. Altcoinlər də canlanır
Bitcoin-in yüksəlişi digər rəqəmsal valyutalara da təsirsiz ötüşməyib:
Ethereum (ETH): 2,350$ ətrafında sabitləşir.
Solana (SOL): 5%-dən çox artımla 89$ səviyyəsini keçib.
XRP: 1.45$ səviyyəsinə yüksələrək investorlarını sevindirib.
“Əgər Bitcoin 76,100 dollar müqavimətini qəti şəkildə qırsa, növbəti hədəf 80,000-85,000 dollar diapazonu ola bilər. Lakin sülh danışıqlarında hər hansı bir ləngimə qiyməti yenidən 72,000 dollara çəkə bilər.