“Bitcoin” daha bir ölkədə rəsmi ödəniş vasitəsi seçilib

Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Kriptovalyutaların içində ən çox yayılanı və ən yüksək dəyərə malik olanı isə “Bitcoin” kriptovalyutasıdır. 2009-cu ildə Satoşi Nakomoto tərəfindən ilk dəfə yaradılan “Bitcoin” kriptovalyutası artıq bir çox ölkələrin diqqətini cəlb edib. “Bitcoin” kriptovalyutası yaradılmasından 12 il sonra ilk dəfə Mərkəzi Amerika ölkəsi olan El Salvadorda ötən ilin sentyabrında rəsmi ödəniş vasitəsi kimi qəbul edilib.

“Bitcoin” kriptovalyutasını rəsmi ödəniş valyutası kimi qəbul edən ikinci ölkə Mərkəzi Afrika Respublikası olub. Almaz, qızıl, uran kimi bir sıra yeraltı və yerüstü sərvətlərə malik olmasına baxmayaraq, dünyanın ən kasıb 10 ölkəsi siyahısında yer alan ölkədə illərdir ki, daxili çaxnaşmalar davam edir.

Ölkə prezidenti Faustin Archange xalqa çıxışında bildirib ki, “bitcoin” kriptovalyutasının CFA Frankı ilə yanaşı rəsmi ödəniş vasitəsi kimi qəbulu ölkə parlamentində səs çoxluğu ilə qəbul edilib və bu qərar ölkəni nəinki Afrikada, həmçinin dünyada ən innovativ ölkələr siyahısına daxil edəcək. Əlavə olaraq, kriptovalyuta ilə köçürmələr və satınalmalar vergidən azad edilib.

Məlumat üçün qeyd edək ki, Konqress kitabxanası tərəfindən tərtib edilən “Regulation of Cryptocurrency Around the World 2021” araşdırmasına istinadən, hazırda 50-dən çox ölkə kriptovalyutalara məhdudlaşdırma tətbiq edib. Məhdudlaşdırmaların müxtəlif səbəbləri olsa da, kriptovalyuta bazarında qiymətlərin volatilliyinə səbəb ola bilir.

Related posts

Böyük Britaniyanın Mərkəzi Bankı uçot faiz dərəcəsini endirdi

FED uçot faiz dərəcəsini dəyişməz saxlayıb

Moody’s reytinq agentliyi Türkiyənin kredit notunu yüksəldib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı