“Bitcoin” ilk dəfə olaraq rəsmi ödəniş vasitəsi seçilib

Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Kriptovalyutaların içində ən çox yayılanı və ən yüksək dəyərə malik olanı isə “Bitcoin” kriptovalyutasıdır. 2009-cu ildə Satoşi Nakomoto tərəfindən ilk dəfə yaradılan “Bitcoin” kriptovalyutası nəhayət ki, 12 il sonra ilk dəfə bir ölkədə rəsmi ödəniş vasitəsi kimi qəbul edilib.

Mərkəzi Amerikada yerləşən və 6.5 milyondan artıq əhaliyə malik olan El Salvador Respublikası rəsmi valyutası olan ABŞ dolları ilə yanaşı, “Bitcoin”i də rəsmi ödəniş vasitəsi kimi qəbul edib. Ölkə prezidenti Nayib Bukele tərəfindən irəli sürülən bu təklif iyul ayında parlament tərəfindən 61% lehinə səs ilə təsdiqlənib. Prezident açıqlamasında, bu qərardan sonra ölkədə pul köçürmələri üzrə illik komissiyalara sərf edilən xərclərin 400 milyon dollar həcmində azalacağını bildirib. Qeyd edək ki, “Moody’s” ölkənin kredit qabiliyyətlilik reytinqini aşağı salıb.

Prezident Bukele “Twitter” hesabında dövlət büdcəsinə daha 200 “Bitcoin” əlavə edildiyini və bununla da ümumi büdcənin 400 “Bitcoin”ə çatdığını açıqlayıb.

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı