Bitcoin kəskin ucuzlaşıb

Dünyanın ən böyük kriptovalyutası olan Bitcoin kəskin ucuzlaşıb.

BBN.az xəbər verir ki, kriptovalyuta bazarlarında, Bitcoin cümə axşamı günü 73 min 798 dollara yüksələrək rekordunu yeniləmişdi.

Kriptovalyuta həftə ərzində rekord qırsa da, həftənin son ticarət günündə 4,6 faiz kəskin ucuzlaşma ilə 68 min dollara düşüb.

Böyük mərkəzi bankların bu il faiz dərəcələrini azaltmağa başlayacağı və daha dəstəkləyici pul siyasətinə keçəcəyi ilə bağlı gözləntilər də həftə boyu Bitcoin-in artımını dəstəklədi. Həm Bitcoin, həm də Ether, BNB və Solana kimi top 100 tokenin göstəriciləri bu il indiyədək təxminən 60 faiz artıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) yanvarın 11-də 11 fərqli spot Bitcoin ETF ərizəsini təsdiqləyib.

Related posts

İqlim sahəsində əməkdaşlıqla bağlı sənəd imzalanıb

Milli Məclisdə 2025-ci il üçün DSMF-in, İSF-in büdcə layihələri və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə olunub

Dünya bazarında qızıl bahalaşmaqda davam edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı