Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BMT ilə əməkdaşlığın inkişafı müzakirə olunub - BBN

BMT ilə əməkdaşlığın inkişafı müzakirə olunub

qtisadiyyat Nazirliyində UNİDO ilə keçirilmiş görüşdə əməkdaşlığın inkişafı müzakirə edilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənaye İnkişafı Təşkilatının (UNİDO) baş direktorunun müavini xanım Fatou Haidara ilə görüşüb.

Görüşdə Azərbaycanın BMT və ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığı, o cümlədən UNİDO-nun davamlı inkişafın təmin edilməsi üçün sənayenin təşviqi istiqamətində həyata keçirdiyi tədbirlərin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Ölkəmizin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasının BMT-nin 2030-cu ilədək İnkişaf Gündəliyi ilə sıx uzlaşması birgə səylərin əlaqələndirilməsini asanlaşdırır.

Qeyd olunub ki, təşkilat COP29 çərçivəsində ölkəmizə dəstək göstərməyə hazırdır və bu çərçivədə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Tərəflər Azərbaycanda UNİDO-nun İnvestisiyalar və Texnologiyaların Təşviqi Ofisinin yaradılması, təşkilatla Azərbaycan Respublikası Hökuməti arasında 2022-2026-cı illər üzrə Əməkdaşlığa dair Çərçivə sənədində nəzərdə tutulan istiqamətlər üzrə layihə təkliflərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Related posts

Azərbaycan və Özbəkistan ödəniş sistemlərinin inteqrasiyasını müzakirə edir

AZPROMO Tacikistan Beynəlxalq Qida Sənayesi Forumunda təmsil olunub

Mərkəzi Bank tərəfindən Şamaxı rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı