Kriptovalyuta bazarında son 24 saat ərzində əsasən müsbət dinamika müşahidə olunub.
BBN.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına görə, “Bitcoin” son sutkada 1,26% bahalaşaraq 79 828,21 ABŞ dollarına yüksəlib.
“Ethereum” 0,09% artaraq 2 491,86 dollara, BNB 0,97% bahalaşaraq 709,52 dollara çatıb. “Zcash” 0,87%, “Bittensor” 2,59%, “Monero” isə 5,75% bahalaşıb. “Bitcoin Cash” isə 0,75% ucuzlaşaraq 264,41 dollar olub.
Qızıl əsaslı kriptovalyutalarda isə eniş qeydə alınıb. “PAX Gold” (PAXG) 1,04% ucuzlaşaraq 4 574,08 dollara, “Tether Gold” (XAUT) isə 0,96% azalaraq 4 570,50 dollara düşüb.
Kriptovalyuta bazarının ümumi kapitallaşması 0,93% artaraq 2,68 trilyon dollara yüksəlib.
“Bitcoin”in bahalaşmasına bazarda yüksək risk iştahının qorunması və kriptovalyutalara investor tələbinin davam etməsi dəstək verir.