Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bitkoin 70 min dollara yaxınlaşıb - BBN

Bitkoin 70 min dollara yaxınlaşıb

Bitkoin üç günlük eniş seriyasına son qoyaraq yenidən bahalaşıb.

BBN.az xəbər verir ki, kriptovalyuta bazarında artım texnologiya sektorunda müsbət dinamika və investorların risk iştahının qismən bərpası fonunda baş verib.

Nyu-York ticarəti zamanı Bitkoin 9,3 faizə qədər bahalaşaraq 69 987 dollara çatıb. Bu, 6 fevraldan bəri ən böyük gündəlik artım hesab olunur.

Analitiklər qeyd edir ki, texnologiya sektorunda müsbət xəbərlər də riskli aktivlərə marağı artırıb. Xüsusilə “Nvidia” şirkətinin açıqladığı güclü maliyyə nəticələri bazarda müəyyən nikbinlik yaradıb. Bundan əlavə, ABŞ-da siyasi gündəmlə bağlı gərginliyin azalması da investorların əhval-ruhiyyəsinə müsbət təsir edib.

Related posts

Azərbaycan Mərkəzi Bankı: İqtisadiyyata kredit qoyuluşu 31,9 milyard manata yaxınlaşıb

Qlobal borc rekord həddə çatıb

BVF ABŞ-ın dövlət borcunun artdığını bildirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı