ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsini endirəcəyi ilə bağlı gözləntilərin artması fonunda Bitkoinin qiyməti tarixində ilk dəfə rekord həddə yüksəlib.
BBN.az xəbər verir ki, erkən Asiya ticarətində Bitkoin 1 faizdən çox bahalaşaraq 124 480,82 ABŞ dollarına çatıb. Bununla da, kriptovalyuta bütün zamanların ən yüksək göstəricisini yeniləyib.
Bazar kapitallaşmasına görə dünyanın ən böyük kriptovalyutası olan Bitkoin, ticarətin əvvəlində iyul ayında qeydə alınmış əvvəlki pik həddini aşaraq 0,9 % artımla 124 002,49 dollara yüksəlib.
Bazar dəyərinə görə ikinci ən böyük kriptovalyuta olan Ethereum isə gün ərzində 4 780,04 dollara çataraq, 2021-ci ilin sonundan bəri ən yüksək səviyyəsini görüb.