Hərrac sessiyasında Bitkoinin dəyəri 2021-ci ilin dekabrın 2-dən bəri ilk dəfə 56 min ABŞ dollarını ötüb.
BBN.az bu barədə “Coindesk” ticarət platformasının məlumatlarına istnadən xəbər verir.
Belə ki, Bitkoinin dəyəri 9,68% artaraq 56,467 dollara yüksəlib.
Saat 06:33-ə olan vəziyyətə görə əsas kriptovalyutanın dəyəri artaraq 56,142 dollar (+9,12%) səviyyəsində olub.