«Bizim kredit reytinqimiz olduğundan daha aşağı qiymətləndirilir» – İLHAM ƏLİYEV

Beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini real göstəricilərindən daha aşağı səviyyədə qiymətləndirirlər.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirib.

Prezident bildirib ki, iki aparıcı beynəlxalq reytinq agentliyi — “Moody’s”“Fitch” Azərbaycanın kredit reytinqini yeniləyib. Yenilənmiş reytinqlərdə ölkənin kredit göstəriciləri “investisiya səviyyəsi”nə yüksəldilib, iqtisadiyyatın perspektivi ilə bağlı proqnoz isə “sabit”dən “müsbət”ə dəyişdirilib.

Bununla belə, dövlət başçısı Azərbaycanın real investisiya reytinqinin əslində daha yüksək olması qənaətindədir:

“Mən tamamilə əminəm ki, bizim kredit reytinqi üzrə göstəricimiz olduğundan daha aşağı qiymətləndirilir. Çünki bizim böyük valyuta ehtiyatlarımız, aşağı xarici borcumuz və özünü təmin edən iqtisadiyyatımız var. Hesab edirəm ki, bir çox digər amillər də bizə daha yüksək reytinq almaq imkanı verir”.

Prezidentin sözlərinə görə, hazırda Azərbaycanın müvafiq dövlət qurumları ölkənin iqtisadi fəaliyyəti barədə daha ətraflı məlumatların təqdim olunması üçün beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığı gücləndirir. Məqsəd Azərbaycanın həqiqi kredit reytinqinin daha dəqiq əks olunmasını təmin etməkdir.

İlham Əliyev vurğulayıb ki, kredit reytinqinin yüksəldilməsi təkcə imic məsələsi deyil, eyni zamanda ölkəyə daha sərfəli şərtlərlə borclanmaq imkanı yaradır:

“Bu, təkcə prestij məsələsi deyil. Xüsusilə indiki dövrdə borc götürmək barədə qərar verdiyimiz zaman bizə daha yaxşı şərtlərlə kredit cəlb etməyə imkan verər”.

Related posts

Unibank-da Yeni Təyinatlar

Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin

Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı