“Black Friday” günü onlayn satışlar rekorda çatdı – 9.2 milyard dollarlıq satış reallaşdı

Bu il ABŞ-da “Black Friday” günü onlayn satışlar rekorda çatıb, istehlakçılar nə az nə çox, düz 9.2 milyard dollar vəsait xərcləyiblər. İllik artım isə 2.3%-dir. 

BBN.az Fox Business-ə istinadən xəbər verir ki, bu haqda “Adobe Analytics” məlumat yayıb.

2022-ci ildə texnologiya hədiyyələri ən populyarı olub, belə ki, oktyabrda adi gündə reallaşdırılan satışlar ilə müqayisədə endirim günündə belə satışlar 221% artım nümayiş etdirib. Satışlarda TOP-a düşən məhsullar sırasında ağıllı ev alətləri və audio məhsullar olub. Oyuncaqlarda çox populyar məhsullar sırasında olub, satışları 235% yüksəlib. Ən populyar məhsullar Fortnite, Roblox, Bluey, Funko Pop! və Disney Encanto idi. Oyunlar yenə də populyar kateqoriya sırasında qalmağa davam edib, alıcıların Xbox Series X və PlayStation 5 alətlərinə marağı olub. Endirimlər eləcə də televizor, geyim, oyuncaqlar, idman məhsullarının satışını artırıb. Mobil satışlar yenə də yüksək olaraq qalıb, “Black Friday” günü yeni rekorda çatıb. Belə ki, onlayn satışların 48%-i smartfondan gəlib, ötən illə müqayisədə artım isə 44% olub.

Alıcılar “Şükran bayramı” günü onlaynda 5.3 milyard dollar xərcləyiblər, bu isə ötən ildəki rəqəmdən 2.9% artım deməkdir. Smartfon üzərindən satışlar rekorda çatıb və ümumi onlayn satışların 55%-ni təşkil edib, bu isə 2021-ci ildəki göstəricidən 51% artıb.   

Bildirilir ki, əgər kompüter axtarırsınızsa, bu gün reallaşan “Cyber Monday” bunun üçün əlvərişli fürsətdir və endirimlərin isə 27%-ə yüksələcəyi gözlənilir. 

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı