Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BMT Azərbaycanın yerləşdiyi region üzrə iqtisadi artım proqnozunu azaldıb - BBN

BMT Azərbaycanın yerləşdiyi region üzrə iqtisadi artım proqnozunu azaldıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) MDB və Gürcüstan regionu (CIS+) üçün 2025 və 2026-cı illərdə iqtisadi artım proqnozunu 2,2% səviyyəsində müəyyənləşdirib.

Bu göstərici may ayında verilmiş proqnozla müqayisədə hər iki il üzrə 0,3 faiz bəndi azdır.

Proqnozların zəifləməsinə Ukraynada davam edən müharibə, sanksiyaların təsiri, eləcə də Rusiya iqtisadiyyatında aktivliyin azalması səbəb kimi göstərilir. Xüsusilə tikinti və istehsal sahələrində durğunluq müşahidə olunur. Bildirilir ki, Rusiyada iqtisadi artım 2025-ci ildə cəmi 1,1% olacaq.

Ukraynada isə ilin birinci rübündə iqtisadi artım 0,9% təşkil edib. Elektrik təchizatının yaxşılaşması və məhsul yığımına dair müsbət gözləntilərə baxmayaraq, ölkənin ÜDM artımının bu il 2%-i keçməsi ehtimal olunmur.

Əksinə, Mərkəzi Asiya ölkələrində iqtisadiyyat 2025-ci ilin ilk yarısında gözləntiləri üstələyib. Bu artıma güclü özəl istehlak və infrastruktur layihələrinə yatırılan daxili investisiyalar təkan verib.

Mənbə: apa.az

Related posts

Mərkəzi Bank innovativ maliyyə məhsullarının sınağı üçün müraciət qəbuluna başlayıb

Özbəkistanda sığorta sektorunun ÜDM-də payı Azərbaycandan aşağıdır

Azərbaycan bank sektorunun aktivləri 59,2 milyard manata yüksəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı