Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktoru ilə görüş keçirilib - BBN

BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktoru ilə görüş keçirilib

BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktoru ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersonla görüşüb.

Ölkəmizin BMT-nin müxtəlif ixtisaslaşmış qurumları, o cümlədən Ətraf Mühit Proqramı ilə sıx əməkdaşlıq etdiyi vurğulanıb. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, həmçinin ekoloji baxımdan əlverişli “yaşıl” texnologiyaların tətbiqi və “yaşıl” iqtisadiyyata keçidlə bağlı ölkəmizdə görülən işlər haqqında məlumat verilib. Bu məsələlərin Azərbaycanın Milli Prioritetlərindən biri ilə bağlı olduğu qeyd edilib. Eyni zamanda, bu il Bakıda keçiriləcək COP29-a hazırlıq çərçivəsində görülən işlər diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanda alternativ enerjiyə keçid sahəsində görülən işlər təqdir olunub, bu ilin“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, həmçinin  bu sahədə həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.

Tərəflər BMT-nin Ətraf Mühit Proqramı ilə əməkdaşlığın genişləndirilməsi, ölkəmizin Ətraf Mühit Proqramının maliyyə və “Qlobal soyutma” təşəbbüslərinə qoşulması imkanları, COP29-a hazırlıq  çərçivəsində əməkdaşlıq barəsində fikir mübadiləsi aparıblar.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı