“BOA Agentliyi” şirkətində növbədənkənar iclas keçiriləcək

“BOA Agentliyi” şirkətində növbədənkənar iclas keçiriləcək

10 Noyabr 2023-cü il tarixində kredit  borcların qaytarılması üzrə xidmətlər göstərən “BOA AGENCY” ASC-nın səhmdarların ümumi yığıncağının növbədənkənar iclası keçiriləcəkdir.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin nizamnamə kapitalının artırılması.

2. Xalqbank ASC ilə kredit müqaviləsinin təsdiqi.

3. Digər məsələlər.

“BOA  Agentliyi” MMC  2011-ci ildə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti bütün növ aktivlərin, passivlərin və eləcə də kredit borcların qaytarılması üzrə tam xidmət kompleksinin təşkilidir. “BOA Agency” əsasən kredit müqavilələri və digər əsaslar ilə yaranmış, qanunu qüvvəsini almış müvafiq tələb hüquqlarına mülkiyyət hüququnu əldə edərək onların həyata keçirilməsi sahəsində fəaliyyət göstərir.

Related posts

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Qızıl yenidən bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı