8 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Effektinvest” MMC -nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
15 may 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “Effektinvest” MMC-nin istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir
Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya şirkəti” ASC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal Dəyəri | İllik faiz dərəcəsi | Ödəmə periodu |
Hərrac tarixi |
Tədavül
müddəti |
AZ2001025785 | Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar | 500
(ədəd) |
1,000 manat | 14% | İldə günlərin sayı 360(üç yüz altmış) gün olaraq götürülməklə hər ay nağdsız qaydada |
15.05.2024 |
5 il |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.