20 avqust 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “EMBAFİNANS” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 01.09.2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | BOKT “EMBAFİNANS” QSC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2017020606 |
| İstiqrazın növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
| Ticarət üsulu / forması | Kütləvi / Birqiymətli Hərrac |
| İstiqrazların sayı | 30,000 (ədəd) |
| İlkin ticarət qiyməti | 100 manat |
| İstiqrazların buraxılış həcmi | 3,000,000 manat |
| İllik gəlirlilik faizi | 13% |
| Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üc) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
| Tədavül müddəti | 12 ay |
| Ticarətə buraxılma tarixi | 01.09.2026 |
| Anderrayter | “Unicapital İnvestisiya Şirkəti” ASC |