28 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Finans Kredit” MMC-nin ümumi buraxılış həcmi 300,000 (üç yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 29 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
BOKT “Finans Kredit” MMC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2004023555 |
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu / forması |
Kütləvi / Birqiymətli |
İstiqrazın sayı |
300 (ədəd) |
İlkin ticarət qiyməti |
1,000 manat |
İstiqrazın buraxılış həcmi |
300,000 manat |
İllik gəlirlilik faizi |
15% |
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 30(otuz) gündən bir |
Tədavül müddəti |
24 ay |
Ticarətə buraxılma tarixi |
29.10.2024 |
Anderrayter |
“CPM-İnvest İ.Ş” ASC |