BOKT “İdeal Kredit” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “İdeal Kredit” MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2001019978 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 21.11.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı BOKT “İdeal Kredit” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2001019978
İstiqrazların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı 10,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 1,000,000 manat
Kupon faizi 14%
Ödəmə Periodu İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir
Tədavül müddəti 5 il
Hərrac qiyməti* 100 manat
Reallaşdırılmış həcm 1,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 1,000,000 manat
İnvestor sayı 51
Sifariş sayı 51
Anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

Related posts

Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir

İqtisadçı: Vətəndaşlar valyuta riskindən yayınmaq üçün portfellərini diversifikasiya edirlər

Azərbaycandan ABŞ-yə pul köçürmələri 11 mln. dollaradək artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı