BOKT “International” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

13 noyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı BOKT “International” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2041021026
İstiqrazların növü və forması Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı 10,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 1,000,000 manat
İllik gəlirlilik faizi 18%
Ödəmə Periodu İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti 3 il
Ticarətə buraxılma tarixi Emitent tərəfindən bildiriləcək
Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC

Related posts

“Unibank”ın İdarə Heyətinə yeni təyinat olub

Yapon yeni zəif ticarət şəraitində möhkəmlənib: müdaxilə ehtimalı bazarı ehtiyatlandırır

2025-ci ilin maliyyə bazarları: Qızılın parlaq ili, “Goldilocks” ssenarisi və dolların zəifləməsi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı