BOKT-lar Koronavirusla Mübarizə Fonduna böyük məbləğdə vəsait köçürüb

Azərbaycanın mikromaliyyə təşkilatları ölkədə həyata keçirilən sosial məsuliyyət təşəbbüslərində yaxından dəstək verirlər.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) məlumatına görə, ölkənin Bank Olmayan Kredit Təşkilatları (BOKT) Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşularaq, dövlət başçısının 19 mart tarixli fərmanı ilə yaralılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna böyük məbləğdə vəsait köçürüblər.

Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna vəsait ayıran BOKT-lar aşağakılardır:

Təşkilatın adı Məbləği (manat)
1 BOKT Aqrarkredit QSC 100 000 
2 BOKT PARA 50 000
3 Prior Leasing OJSC 50 000
4 BOKT FİNOKO ASC 30 000
5 BOKT Embafinance 20 000
6 BOKT TBC Credit 10 000
7 BOKT Brand Credit 10 000
8 BOKT International QSC 10 000 
9 BOKT Finex Kredit ASC 5 207 
10 BOKT İnkişaf üçün Maliyyə MMC 5 000
11 BOKT  Icraçı Kredit Agentliyi 5 000 
12 BOKT Merkuri QSC 5.000
13 BOKT Azmikroinvest 3 000 
14 BOKT Asel Kredit 3 000 
15 BOKT Kəpəz LLC 3 000 
16 BOKT Fintrend QSC 1 000
17 BOKT Falcon Finance MMC 500 

Xatırladaq ki, Prezident İlham Əliyev 19 mart tarixində əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı imzaladığı fərmana əsasən ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə ölkə əhalisinin təhlükəsizliyinə xidmət edən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. İndiyədək Fonda 111,8 milyon manatdan artıq vəsait toplanıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı