Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BOKT-ların xalis mənfəəti azalıb, aktivləri isə artıb - BBN

BOKT-ların xalis mənfəəti azalıb, aktivləri isə artıb

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları (BOKT) 2025-ci ili 111,5 milyon manat xalis mənfəətlə başa vurub.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə 29 % azdır.

Hesabat dövründə BOKT-ların əməliyyat gəlirləri 474,9 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 8,35 % artım deməkdir. Eyni zamanda, əməliyyat xərcləri 242,1 milyon manat olub və 37,5 % artıb. Xüsusi ehtiyatlara ayırmalar 107 milyon manata çataraq 66,4 % yüksəlib.

BOKT-ların gözlənilməz gəlirləri 1,7 milyon manat (2,8 dəfə artım), mənfəət vergisi ödəmələri isə 16 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 61,5 % azdır.

Bu il yanvarın 1-nə BOKT-ların aktivləri 1 milyard 243,6 milyon manat olub və 1 il əvvələ nisbətən 25,2 % artıb. Aktivlərin 923,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərin payına düşür. Son 1 ildə sektorun kredit portfeli 28,8 % böyüyüb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 26,5 % artaraq 679,3 milyon manata, balans kapitalı isə 23,6 % artaraq 564,3 milyon manata yüksəlib.

Related posts

“PAŞA Bank”ın Müşahidə Şurasının sədri dəyişib

Milli Məclis “Maliyyə icarəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib

ING 2026-cı il üzrə Brent nefti proqnozunu artırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı