BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

19 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC-nin ümumi dəyəri 500,000 (beş yüz  min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

25 yanvar 2024-cü il tarixində BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC-nin ümumi dəyəri 500,000 (beş yüz  min) manat olan istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “CPM Invest Investisiya Şirkəti” ASC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Nominal Dəyəri İllik faiz dərəcəsi Tədavül müddəti Kupon faizlərinin ödəniş müddəti
AZ2006021532 Faizli təmin edilməmiş sənədsiz adlı 500

(ədəd)

1000 manat 14 % 540 gün Hər 90 gündən bir

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı