Böyük Britaniya bəzi kasıb ölkələrdən idxal etdiyi mallara görə vergini azaldacaq

Böyük Britaniya ticarət əlaqələrini inkişaf etdirmək üçün dünyanın kasıb ölkələrindən yüzlərlə məhsul üçün idxal vergisini azaldacaq. 

BBN.az BBC.com-a istinadən xəbər verir ki, 65 İnkişaf Etməkdə Olan (İEO) ölkələri əhatə edəcək yeni layihə ilə Böyük Britaniyada geniş istehsal olunmayan geyim, ayaqqabı, ərzaq istehsalçıları aşağı və 0 tarifdən faydalana biləcək.

Bundan əlavə, hazırda İEO-dən gələn minlərlə məhsullara görə Böyük Britaniya idxal vergisini 0 tarif ilə hesablayır, ancaq yeni qaydalar artıq Afrikadan gələcək məhsulların 99%-nə şamil ediləcək. 

Beynəlxalq Ticarət Departamenti bu işin Böyük Britaniya tərəfindən ticarətdən “rifahı artırmaq və yoxsulluğun aradan qaldırılmasına kömək etmək” üçün istifadə etmək, habelə İEO ölkələrin yardımdan asılılığı azaltmaq üçün daha geniş təkanların bir hissəsi olduğunu söyləyib.

Beynəlxalq Ticarət Katibi Anne-Mari Trevelyan deyib: “Müstəqil ticarət ölkəsi olaraq biz ticarət siyasətimizə nəzarəti geri alırıq və Böyük Britaniyanın bizneslərini dəstəkləyən, yaşayış xərclərinə kömək edən və dünyanın inkişaf etməkdə olan ölkələrinin iqtisadiyyatlarını dəstəkləyən qərarlar qəbul edirik”.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı