Böyük Britaniya maliyyə məhsulları ilə bağlı soyuq zəng satışlarını qadağan edir

Böyük Britaniya ölkə səviyyəsində dələduzluğun artmasından dolayı maliyyə məhsulları ilə bağlı soyuq zəng satışlarını qadağan edir.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, lakin “Əmək və Liberal Demokratlar” isə ölkənin qəbul etdiyi yeni qaydaları “çox kiçik və çox gec” adlandırıb. Dələduzluq hazırda Böyük Britaniyada ən çox yayılan cinayətlərdən biri hesab edilir və hər 15 nəfərdən 1-i onun qurbanlarıdır.

Media tənzimləyici Ofcom tərəfindən qeyd edilib ki, ötən yay 41 milyon insan şübhəli zəng və mesajların hədəfi olub. Data göstərib ki, lakin hazırda dələduzluq hallarında daha çox onlayn element var. Bildirilib ki, əgər kimsə kripto və sığorta satışları ilə bağlı olaraq zəng əldə etsə, biləcək ki, bu dələduzluqdur. Baş nazir Rishi Sunak isə qeyd edib ki, yeni qaydalar saniyələr içində həyatları məhv edən soyuqqanlı dələduzlar ilə mübarizədə kömək olacaq.

Related posts

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı