Böyük Britaniya Rusiyaya qarşı tətbiq edilən sanksiyaları 30 yeni mövqe ilə genişləndirib. Bu barədə məlumat ölkə hökumətinin saytında yer alıb, – “Reuters” yazır.
Rəsmi açıqlamaya görə, sanksiyalar rejimi çərçivəsində 70 dəqiqləşdirici düzəliş edilib və əlavə olaraq 30 yeni mövqe siyahıya daxil edilib.