Böyük Britaniya startaplar üçün “Gələcək Fondu” yaradır

Böyük Britaniya hökuməti dünən koronavirus pandemiyasının startaplara göstərdiyi mənfi təsirlərin yüngülləşdirilməsi məqsədilə “Future Fund” fondunu yaratmağı qərara alıb. Fonda ilkin olaraq, dövlət büdcəsinə gələn vergi gəlirlərinin 250 milyon funt sterlinqlik bir qismi köçürülüb. Uzunmüddətli dövrdə, fondun həcminin daha da artırılacağı açıqlanıb.

“Gələcək Fondu”nun may ayında istifadəyə verilməsi planlaşdırılır. İlkin mərhələdə startaplara fonddan 125 min – 5 milyon funt sterlinq arası maliyyə vəsaiti ayrılacaq. Maliyyə vəsaitinin geri ödənilməsi iki yolla – nəğd pul və ya səhm payı ilə həyata keçirilə biləcək.

“Future Fund” ilə yanaşı, Britaniya hökuməti “Innovate UK” layihəsi çərçivəsində araşdırma və inkişaf (R&D) qurumlarına 750 milyon funt sterlinq məbləğində vəsaiti qrantlar və kreditlər şəklində paylayacağını açıqlayıb. Bu maliyyələşdirmənin 1200-dən çox R&D qurumlarını əhatə etməsi gözlənilir.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı