Böyük Britaniya TikTok-u 12,7 milyon funt sterlinq cərimələyib

Böyük Britaniyada popular sosial platforma TikTok uşaqların məxfiliyini qorumadığı üçün 12,7 milyon funt sterlinq cərimə edilib.

BBN.az xəbər verir ki, araşdırma nəticəsində Böyük Britaniya İnformasiya Komissiyasının Sədrliyi (ICO) TikTok-un Məlumatların Qorunması Qanununa uyğun gəlmədiyini müəyyən edib.

ICO-ya görə, TikTok 2018-ci ilin mayından 2020-ci ilin iyuluna qədər bu qanuna əməl etməyib, platformadan kimin istifadə etdiyini lazımi səviyyədə yoxlamayıb və 13 yaşdan kiçik uşaqları platformadan çıxarmaq üçün müvafiq səy göstərməyib.

Öz növbəsində, TikTok isə ICO-nun qərarı ilə razılaşmadığını açıqlayıb. Şirkət BBC-yə verdiyi açıqlamada 13 yaşından kiçik uşaqların tətbiqə girişinin qarşısını almaq üçün böyük səylər göstərdiyini vurğulayıb. 

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı