Böyük Britaniyada ərzaq inflyasiyası son 2 ilin ən aşağı səviyyəsinə enib

2024-cü ilin fevral ayında Böyük Britaniyada ərzaq inflyasiyası son 2 ilin ən aşağı səviyyəsinə enib.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, buna səbəb isə enerji və gübrənin qiymətinin aşağı salınması və riteylerlər arasında daha ədalətli rəqabətin yaradılması ilə bağlıdır.

“Fevralda ərzağın qiyməti bir öncəki illə müqayisədə 5% bahalı olsa da, yenə də yanvarda qeydə alınan 6.1%-dən aşağı düşüb və bu isə 2022-ci ilin mayından bu yana ən aşağı göstərici hesab edilir”, – bu barədə Britaniya Riteylerlər Konsoriumundan bildiriblər.

Ət, balıq, meyvə kimi təzə məhsullar üzrə inflyasiya enib, ancaq qurumdan bildiriblər ki, “əhəmiyyətli dərəcədə qeyri-müəyyənlik” qalmaqdadır.

Related posts

Taleh Kazımov ABA Rəyasət Heyətinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb

Şəhid övladlarının iştirakı ilə “Zəfər körpüsü” layihəsi həyata keçirilib – Foto

DVX nağdsız ödənişlərlə bağlı vətəndaşlara müraciət etdi – Video

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı