Böyük Britaniyada 4.7 milyondan çox əskinasın üzərində Kraliçanın portreti var, onlar dəyişdiriləcək

70 ildən çoxdur ki, Kraliça II Elizabeth-in şəkli Böyük Britaniyanın sikkələrinin üzərində mövcuddur, fotolar həyatının müxtəlif yaş dövrlərindəki vaxtları əhatə edir. Əskinasların üzərində isə 60 ildən çoxdur ki, var. Onun portreti, həmçinin, Britaniyanın əvvəl hakimiyyəti altında olan bir çox ölkələrinin məzənnələrinin üzərində əks edilib. 1953-cü ildə Kraliça taxta çıxdıqdan bir il sonra onun 5 müxtəlif versiyada olan portreti sikkələrin üzərində əks edildi. Əskinasların üzərində əksi isə 1960-cı ildən başlayıb.

BNN.az CNN Business-ə istinadən xəbər verir ki, Mərkəzi Bankın məlumatına, əsasən hazırda Böyük Britaniyada dövriyyədə, onun portreti olan əskinasların sayı 4.7 milyondan çoxdur, bu isə ümumilikdə 82 milyard funt sterlinq, yaxud 95 milyard dollardır. Royal Mint-dən (Britaniyanın qədim şirkəti, ölkənin sikkələrinin rəsmi istehsalçısı) isə deyiblər ki, dövriyyədə isə 29 milyard sikkə var ki, Kraliçanın portreti var. 

Kral III Charles-in portreti əks ediləcək yeni pulların isə tədricən dövriyyəyə buraxılacağı gözlənilir. Müəyyən müddət ərzində isə köhnə əskinas və sikkələrlə qanuni ödəniş vasitəsi kimi mövcud olacaq.

Həmçinin Kraliçanın fotoları 54 ölkənin əskinas və sikkələrindən də çıxarılacaq. Bu ölkələrin demək olar ki, çoxu əvvəllər Böyük Britaniyanın müstəmləkəsi olub.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı