Böyük Britaniyada borclanma yeni rekorda çatdı

Enerji qiymətlərinin yüksəlməsindən dolayı Böyük Britaniyada borclanma yeni rekorda çatıb.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, dekabrda hökumətin əldə etdiyi borclar rekorda çatıb.

Milli Statistikalar Bürosundan isə deyiblər ki, artım yaşam xərclərinin yüksəlməsindən (inflyasiya) dolayı (əsas faktor kimi enerji qiymətləri) hökumətin ailələrə dəstəyindən qaynaqlanır.

Borclanma isə hökumətin xərcləmələr ilə gəlir vergisi arasındakı fərqi göstərir. Belə ki, 2021-ci il dekabrında xərcləmələr 27.4 milyard funt sterlinq olub, gəlir vergisi isə 16.7 milyard funt sterlinqə yüksəlib.

Bildirək ki, benzinin qiymətləri enməyə başlasa da, enerji qiymətləri isə 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan əvvəlkindən 2 dəfə bahalıdır. Hökumət isə ailələrə dəstək üçün bu qış enerji qiymətlərini İngiltərə, Şotlandiya, Uels-də 400 funt sterlinq endirdi.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı