Böyük Britaniyada nağd puldan istifadə yarıya enib

Böyük Britaniyanın ən böyük ATM şəbəkəsinə malik olan “LINK” şirkəti dövri olaraq yayımladığı hesabatda son günlərdə Böyük Britaniyada koronavirus pandemiyası səbəbindən nağd pul istifadəsinin 50% civarında azaldığı göstərilib. Şirkətdən bildirilib ki, bankomatların əvvəlki qaydada fəaliyyəti davam etdirilsə də, istehlakçılar təmassız və məsafədən ödənişlərə daha çox meyil göstəriblər.

Nağd puldan istifadənin belə kəskin azalmasınına əsas səbəb kimi, bir çox mağazaların bağlanması, açıq qalanların bəzilərinin nağd ödəniş qəbul etməkdən imtina etməsi, təmassız ödəniş limitinin 30 funt sterlinqdən 45 funt sterlinqə qaldırılması, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (WHO) istehlakçıları nağdsız ödənişlərə təşviq etməsi göstərilir.

Həmçinin, Avropanın 29 ölkəsində təmassız ödənişlərinin limitinin artırılmasının nəticəsidir ki, “MasterCard” artıq avropada ödənişlərin 75%-inin təmassız olaraq həyata keçirildiyini açıqlayıb.

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı