Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Böyük Britaniyada riteyl satışları 2021-ci ilin qapanmalarından bu yana ən aşağı səviyyəyə enib - BBN

Böyük Britaniyada riteyl satışları 2021-ci ilin qapanmalarından bu yana ən aşağı səviyyəyə enib

Rəsmi açıqlanan məlumatlara əsasən oktyabr ayında alıcılar daha az yanacaq və ərzağa pul xərcləyiblər, buna isə yaşam xərclərinin artması və pis hava şəraiti səbəb olub. Ötən ayda məhsul satışları 0.3% enib və bu isə 2021-ci ilin fevralından bu yana ən aşağı səviyyə hesab edilir.

BBN.az BBC Business nəşrinə istinadən xəbər verir ki, həmin zaman isə Böyük Britaniyanın böyük bir hissəsi Covid qapanmaları altında idi. Ancaq oktyabr ayı ilə bağlı proqnozlar isə onu göstərirdi ki, riteyl satışları artacaq.

Həmçinin açıqlanan rəqəmlərə əsasən ölkə iqtisadiyyatı kiçilib. İyul və sentyabr aylarını əhatə edən dövrdə ÜDM azalıb. Ölkə Mərkəzi Bankı isə yalnız 2025-ci ilə qədər kiçik bir inkişaf gözləyir. Maliyyə kansleri Jeremy Hunt isə payız bəyanatında ölkəni inkişafa aparmaq üçün özünün vergi və xərcləmələr planlarını açıqlayacaq.

Related posts

Rabitəbankın Marketinq departamentinə yeni rəhbər təyin olunub

“Shell” şirkətinin gəlirləri artıb

Aprel-May-İyun aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı