Böyük Britaniyanın əsas faiz dərəcələrini adıcıl 14-cü dəfədir ki, artıracağı gözlənilir

Amerika Mərkəzi Bankı (FED), Avropa Mərkəzi Bankından (AMB) sonra Böyük Britaniyanın da əsas faiz dərəcələrini ardıcıl 14-cü dəfədir ki, artıracağı gözlənilir.  

BBN.az BBC Business nəşrinə istinadən xəbər verir ki, bildirilir ki, ölkə yenə də yüksək inflyasiya ilə mübarizə aparmaqdadır.  

Qeyd edək ki, əsas faiz dərəcələrinin yenidən artırılması isə ipoteka və kreditləri daha bahalı edəcək və depozitlərin saxlanma faizini artıracaq. İnflyasiya bu ölkədə olduqca yüksəkdir və nəticədə ailələr üzərində əlavə bir təzyiq yaranır. 

Əlavə edək ki, ekspertlərin proqnozlarına əsasən bu gün tənzimləyici 0.25%-lik artıma getməklə əsas faiz dərəcələrini 5.25-də saxlayacaq. Eyni zamanda bildirək ki, sonuncu dəfə 2008-ci ildə, təxminən 15 il əvvəl əsas faiz dərəcələri 5.25-də dayanmışdı.  

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı