Böyük Britaniyanın fintech nəhəngi Wise-dan gözlənilməz addım

Böyük Britaniyanın fintech nəhənglərindən biri və uğurlu şirkətlərindən olan Wise-ın bazar kapitalizasiyası 6.56 milyard funt sterlinqi ötüb. 

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, Maliyyə Sanksiyaları Ofisindən bildirilib ki, kompaniya dövlətin sanksiya siyahısında olan şəxsə pul çıxarmağa icazə verib. Söhbət isə Wise-da biznes hesabı olan individual şəxsin 250 funt sterlinq (316.63 dollar) çıxarılmasından gedir. 

Qeyd edək ki, Böyük Britaniya hökuməti 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi hücumundan sonra bu hərəkətə qarşılıq vermək üçün zəngin individualları və bankları hədəfə alan tədbirlər işləyib hazırlamışdı. 

Əlavə edək ki, şirkətdən isə CNBC-nin sorğusuna cavab olaraq bildirilib ki, onlar dövlətin Rusiya ilə bağlı olan bütün addımlarını dəstəkləyir və baş verən halı araşdırırlar.

Related posts

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Unibankdan 1 aprel aksiyası: Komissiyasız kredit!

Yelo Bank ödəniş terminallarının alışı ilə bağlı tender elan edir!