Böyük Britaniyanın fintech nəhənglərindən biri və uğurlu şirkətlərindən olan Wise-ın bazar kapitalizasiyası 6.56 milyard funt sterlinqi ötüb.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, Maliyyə Sanksiyaları Ofisindən bildirilib ki, kompaniya dövlətin sanksiya siyahısında olan şəxsə pul çıxarmağa icazə verib. Söhbət isə Wise-da biznes hesabı olan individual şəxsin 250 funt sterlinq (316.63 dollar) çıxarılmasından gedir.
Qeyd edək ki, Böyük Britaniya hökuməti 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi hücumundan sonra bu hərəkətə qarşılıq vermək üçün zəngin individualları və bankları hədəfə alan tədbirlər işləyib hazırlamışdı.
Əlavə edək ki, şirkətdən isə CNBC-nin sorğusuna cavab olaraq bildirilib ki, onlar dövlətin Rusiya ilə bağlı olan bütün addımlarını dəstəkləyir və baş verən halı araşdırırlar.