Böyük Britaniyanın iqtisadiyyatı noyabr ayı inkişafı ilə gözləntiləri qarşılayıb

Rəsmi məlumatlara əsasən noyabrda Böyük Britaniyanın iqtisadiyyatı Dünya Futbol Çempionatının dəstəyi ilə gözlənilməz şəkildə inkişaf edib.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, iqtisadiyyat 0.1% yüksəlib. Yaşam xərclərinin yüksəlməsindən dolayı ailələrin xərcləri azaltmasına baxmayaraq texnologiya sektorunda xidmətlər üçün tələbin artması ölkə iqtisadiyyatına müsbət təsir edib.

Milli Statistikalar Bürosunun məlumatında deyilib ki, pivəxana və restoranlar da iqtisadiyyatın inkişafında rol oynayıb, belə ki, insanlar futbolu izləmək üçün bu kimi yerlərə gəliblər.

Ancaq hələ də qiymətlərin yüksəlməsinin Böyük Britaniyanı iqtisadi tənəzzülə aparıb-aparmayacağı məlum deyil. Noyabrda yüksəliş isə oktyabrda 0.5%-lik azalmadan sonra gəlib. Belə ki, sentyabrda Kraliça Yelizavetanın vəfatı ilə bağlı olaraq bizneslər öz fəaliyyətlərini dayandırmışdılar.

Əgər ölkə iqtisadi tənəzzül ilə üzləşirsə, bu iqtisadiyyatın pis nəticə göstərdiyinə işarədir. Belə periodda insanlar daha az qazanırlar, işsizlərin sayı artır. Məktəb və universitet məzunları isə özlərinin ilk işlərini tapmaqda çətinlik çəkirlər.

İyul və sentyabrda isə ölkə iqtisadiyyatı 0.3% azalıb.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı