Böyük Britaniyanın kirayə ev bazarı böhranı

2022-ci ildə Böyük Britaniyada kirayə evlərə olan tələb 2021-ci illə müqayisədə 20% artıb.

BBN.az Good Morning Britain TV proqramına istinadən xəbər verir ki, Rightmove-un məlumatına, əsasən Manchester şəhərində kirayə evlərin qiyməti son bir ildə 20.5% artıb. Birmingham-da isə 17.6% artım müşahidə edilir.

Rightmove-un araşdırmasına görə, Böyük Britaniyanın paytaxtı London şəhərində isə orta hesabla kirayə evin qiyməti 2.343 funt sterlinqdir. 2021-ci ildən bu yana artım 16.1%-dir. Bu isə ölkə üzrə ən yüksək rəqəm hesab edilir.

Proqramda açıqlanan yeni bir sorğu göstərib ki, kirayəçilərin 66%-i artan qiymətlərdən dolayı ödəniş etməkdə çətinlik çəkirlər. 

London şəhər meri Sadiq Khan isə TV proqramında açıqlaması zamanı deyib ki, yaşam xərcləri, enerji qiymətləri yüksəlib, ölkədə isə son 40 ilin ən yüksək inflyasiyası müşahidə edilir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı