Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
bp: AÇG-də dərin qaz layihəsi yeni milyardlarla dollarlıq investisiyalar üçün zəmin yarada bilər - BBN

bp: AÇG-də dərin qaz layihəsi yeni milyardlarla dollarlıq investisiyalar üçün zəmin yarada bilər

bp şirkəti Azəri-Çıraq-Günəşli yataqlar blokunda həyata keçirdiyi dərin qaz layihəsinin gələcəkdə iri həcmli investisiyalara səbəb ola biləcəyini açıqlayıb.

Məlumata görə, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli jurnalistlərə bildirib ki, şirkət AÇG-də qeyri-assosiasiyalı qazın hasilatı məqsədilə qazılmış ilk quyunu artıq istismara verib. Layihə çərçivəsində ikinci quyunun da yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

Onun sözlərinə görə, növbəti mərhələdə əldə olunan hasilat göstəriciləri və geoloji məlumatlar ətraflı təhlil ediləcək. Bu qiymətləndirmənin nəticələrindən asılı olaraq, AÇG yataqlarının dərin qatlarında yerləşən qaz ehtiyatlarının işlənməsi üçün milyardlarla dollar dəyərində yeni investisiya qərarları qəbul oluna bilər.

bp rəsmisi vurğulayıb ki, layihənin uğurla reallaşması Azərbaycanın qaz hasilatı imkanlarının genişlənməsinə və ölkənin enerji sektorunda yeni inkişaf mərhələsinin başlanmasına töhfə verə bilər.

Xatırladaq ki, AÇG Azərbaycanın ən iri neft yataqları kompleksidir və onun operatoru bp şirkətidir. Dərin qaz layihəsi isə neft laylarının altında yerləşən qaz ehtiyatlarının kommersiya baxımından potensialının öyrənilməsini hədəfləyir.

Related posts

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb – FƏRMAN

Mərkəzi Bankla Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Azərbaycanın 4 ayda qızıl ixracından gəlirləri 131 mln. dolları ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı