BP artan neft və qaz qiymətlərindən dolayı yüksək gəlir əldə edib – Yeni hesabat

BP 2022-ci ilin iyul-sentyabr periodunu əhatə edən, III rübdə yüksək gəlir əldə edib. Bu isə Rusiyanın Ukraynaya hücumundan sonra artan yüksək neft və qazın qiymətlərindən dolayı baş verib. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, nəhəng neft şirkəti müvafiq dövrdə 8.2 milyard dollar, yaxud 7.1 milyard funt sterlinq əldə edib ki, bu da 2021-ci ilin müvafiq 3 ayı ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. 

BP-dən deyiblər ki, mayda hökumətin təqdim etdiyi plan çərçivəsində 2022-ci ildə 800 milyon dollar büdcəyə transfer (windfall tax-red.) edəcəklər. Bu layihə isə Böyük Britaniyanın hazırki Baş naziri Rishi Sunak tərəfindən təqdim edilmişdi. Həmçinin həmin dövrdə o, qeyd edirdi ki, 2022-ci ildə neft şirkətlərinin əldə etdiyi əlavə qazanclardan vergilərin miqdarı 5 milyard funt sterlinqə çatacaq. 

Şirkətin əldə etdiyi gəlir isə ekspertlərin proqnozlarından çoxdur. Lakin cari ilin II rübünün nəticələri ilə müqayisədə azdır, bu isə BP-nin ümumi neft satışlarının enməsi ilə bağlıdır.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı