Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
bp şirkəti ilə enerji tərəfdaşlığının inkişafı müzakirə edilib - BBN

bp şirkəti ilə enerji tərəfdaşlığının inkişafı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazovla bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Görüşdə şirkətlə neft-qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. Müxtəlif enerji növlərindən istifadənin enerji təhlükəsizliyi, ətraf mühitin qorunması və davamlılıq məsələlərinin həllində mühüm rolu vurğulanıb. Bu kontekstdə Azərbaycanın nümunəvi ölkə olduğu, bp şirkəti ilə neft-qaz sahəsində başlayan əməkdaşlığın hazırda bərpa olunan enerji layihəsi – “Şəfəq” günəş elektrik stansiyası ilə uğurla davam etdirilməsi xüsusi qeyd edilib.

Söhbət zamanı mövcud enerji layihələrinin inkişafı, həmçinin “yaşıl enerji” dəhlizi və interkonnektorlarının icrası nəzərdən keçirilib. Qlobal enerji bazarlarında inkişaf tendensiyaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin görüşdə nümayəndə heyətinin tərkibində iştirak edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə təyin olunmuş yeni regional prezidenti Ciovanni Kristofoliyə gələcək fəaliyyətində dəstək ifadə edilib.

Related posts

Bakı Fond Birjası PAŞA Bank səhmlərin İlkin Kütləvi Təklif (IPO) yolu ilə yerləşdirilməsi tədbirində iştirak edib

Şimali Makedoniya və Azərbaycan rəqəmsal əməkdaşlığın prioritetlərini müəyyən edib

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair monitorinq səfəri həyata keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı