Sentyabrın 25-də Dövlət Gömrük Komitəsində Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzla görüş keçirilib.
Görüşdə iki ölkənin mehriban dostluq münasibətlərindən məmnunluqla bəhs edilib, gömrük xidmətləri arasında gələcək inkişaf istiqamətləri barədə müzakirələr aparılıb, birgə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması, idxal-ixrac əməliyyatları, statistik məlumatların təhlili üzrə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.